BDU-da işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişaf perspektivləri müzakirə olunub

BDU-da işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişaf perspektivləri müzakirə olunub Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsi Bakı Biznes və Kooperasiya Kolleci ilə birlikdə vebinar keçirib.
Vebinar işğaldan azad olunmuş regionların təbii ehtiyat potensialı və sosial-iqtisadi inkişaf perspektivləri mövzusuna həsr edilib. Onlayn tədbirdə erməni işğalçılarının 30 il ərzində qədim Qarabağ torpaqlarını - kənd və qəsəbələrimizi, böyük tarixi şəhərlərimizi viran qoyduğu, infrastrukturu dağıtdığı, təbii sərvətləri talan etdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan dövləti işğaldan azad edilmiş əraziləri bərpa etmək, Qarabağ torpaqlarına yeni nəfəs vermək, həmin ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr həyata keçirmək əzmindədir.
BDU-nun Coğrafiya fakültəsinin professoru Çingiz İsmayılov və dosent Vüqar Dərgahov çıxışlarında Qarabağın çox zəngin təbii ehtiyatlara malik olduğunu, regionun iqtisadiyyatının bərpası və yenidən qurulmasının Azərbaycan iqtisadiyyatına təkan verəcəyini xüsusi vurğulayıblar. Ç.İsmayılov Coğrafiya fakültəsində magistratura pilləsində ərazi planlaşdırılması və rayon planaalınma ixtisasını bitirən magistrlərin bu prosesə cəlb edilməsinin əhəmiyyətinə diqqət çəkib.
Fakültənin dekanı Şəkər Məmmədova Dağlıq Qarabağ və ətraf ərazilərin zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malik olduğunu qeyd edib.
Vebinar iştirakçıların mövzu ətrafında diskussiyası ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər