Kəlbəcərin təbii ehtiyat potensialı təsərrüfatın inkişafına geniş imkanlar yaradır. Ərazidə yenidənqurma, bərpa layihələrinin həyata keçirilməsi üçün ciddi landşaft planlaşdırılması aparılmalı, relyef, təbii şərait nəzərə alınmalıdır. Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, maldarlığın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar.
Bu barədə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov məlumat verib.
Alim rayonun inkişafı üçün dövlət layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən, rayonda gedən yenidənqurma işlərinin ölkəmizə verəcəyi üstünlüklərdən, işğal dövründə Azərbaycana dəyən ziyanın həcmindən söhbət açıb.
Coğrafiyaçı mütəxəssis təkcə Kəlbəcərdəki mineral su bulaqlarının istismarının ölkəyə 7.5 milyard həcmində ziyan vurduğunu nəzərə çatdırıb. O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər. Alimin sözlərinə görə, bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub.
Tehsil-press.az