İtaliyanın baş naziri istefa vermək niyyətindədir

İtaliyanın baş naziri istefa vermək niyyətindədir İtaliya hökumətinin sədri Cuzeppe Konte istefa vermək niyyətindədir.
Bu barədə hökumət sarayının mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Çərşənbə axşamı saat 09:00-da Nazirlər Şurasının iclası baş tutacaq. İcalsda hökumətin sədri Cuzeppe Konte istefa verəcəyini bəyan edəcək. Bundan sonra C.Konte müvafiq ərizəni ölkə prezidenti Sercio Mattarellaya təqdim edəcək".
İstefanın formal xarakter daşıyacağı ehtimal olunur, çünki C.Kontenin yeni mandat alacağı istisna edilmir.

Tehsil-press.az

Oxşar xəbərlər