Peru prezidenti istefa verib

Peru prezidenti istefa verib Peru prezidenti Pedro Kuçinski konqresmenlərə rüşvət verməsi ilə əlaqədar yaranmış qalmaqal fonunda istefa barədə ərizə verib.
Portalın məlumatına görə, istefa barədə ərizə çərşənbə günü nazirlər kabinetinin iclasında verilib.
Həmçinin KİV-lər bildirirlər ki, Kuçinski canlı yayımda əhaliyə müraciət zamanı istefa verdiyini bəyan edib.
“Perunun inkişafı üçün maneə olmaq istəmirəm. İstəmirəm ki, ölkə və mənim ailəm əziyyət çəksin”, deyə Kuçinski bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər