Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) ard-arda istefalar olub.
Xalq Partiyasının (HP) rəhbəri, baş nazirin müavini və xarici işlər naziri Kudret Özersay hökumətdən çəkildiklərini bəyan edib. Ondan əvvəl isə maliyyə naziri Sərdar Denktaş istefa qərarını açıqlamışdı.
Bu istefaların ardınca Şimali Kiprin baş naziri və Cümhuriyyətçi Türk Partiyası rəhbəri Tufan Erhürman da hökumətdən çəkilib. Erhürman hökumətin istefa qərarını sabah prezident Mustafa Akıncıya təqdim edəcəyini deyib:
“İstefa qərarımdan sonra cənab prezidentlə görüşdüm. Ölkəmizin bir an əvvəl stabilliyə ehtiyac duyduğu bu dönəmdə yeni hökumətin qurulması işlərinə gecikmədən başlanılması üçün sabah istefa qərarımı təqdim edəcəyəm. Vəzifəm boyunca birlikdə işlədiyim insanlara təşəkkür edirəm. Yeni dövrün ölkəmiz üçün xeyirli olmasını diləyirəm”.
Tehsil-press.az