Xəzər Universitetində seminar: Akademik diskursun sosial təbiəti

Xəzər Universitetində seminar: Akademik diskursun sosial təbiəti Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin və İngilis dili və Ədəbiyyatı departamentinin təşkilatçılığı ilə fevralın 19-da magistr, doktorant və tədqiqatçılar üçün virtual tədqiqat seminarı keçiriləcək.
Seminar Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı departamentinin müəllimi Davud Kuhinin təqdimatında “Akademik diskursun sosial təbiəti” mövzusunda olacaq.
“Microsoft Teams” platforması üzərindən keçiriləcək seminarda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat üçün Ülkər Bayramova ([email protected]) ilə əlaqə saxlaya bilərlər.
İştirakçıların hər birinə seminar bitdikdən sonra elektron sertifikat göndəriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər