Aİİ-də dr. İhsan Sadiq Məhəmməd Əlləvatinin təqdimatında seminar təşkil olunub

Aİİ-də dr. İhsan Sadiq Məhəmməd Əlləvatinin təqdimatında seminar təşkil olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Sultan Qabus Universiteti Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi dr. İhsan Sadiq Məhəmməd Əlləvatinin təqdimatında “Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri” mövzusunda seminar təşkil olunub.
Seminarı giriş nitqi ilə açan Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov öncə ali tədris müəssisəsinin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, İnstitutda ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədrisi ilə birgə Ərəb dilinin mükəmməl şəkildə öyrədilməsi də nəzərdə tutulub. İ.Əlimuradov müasir dövrdə Ərəb dilinə artan maraqdan, ərəb dili mütəxəssisləri və müəllimlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Sonra Sultan Qabus Universiteti Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı bölməsinin müəllimi dr. İhsan Sadiq Məhəmməd Əlləvati "Müasir ərəb ifadələrində dil xətalarının əsas səbəbləri" mövzusunda məruzə ilə çıxış edib. Dr. İhsan Ərəb dilinin zənginliyi haqqında məlumat verib, müasir ərəb ədəbi dili ilə dialektlər arasındakı fərqlər və ixtilaflardan danışıb.
Qeyd edək ki, Ərəb dili söz ehtiyatına görə, dünyanın böyük dillərindən hesab edilir. Canlı dillər arasında ən uzunömürlü, ardıcıl olaraq 15 əsr ərzində davamlı şəkildə üstün mövqeyini qoruyub-saxlayıb. Hazırda bu dili öyrənən şəxslər müasir Ərəb dilindən istifadə edərək, islamdanəvvəlki dövrə aid, eyni zamanda, İslam elmləri ilə bağlı mətnləri oxuya bilərlər.
İki gün davam edəcək seminar 28.08.2019-cu il tarixdə öz işini yekunlaşdıracaq.
Elmi seminarda ərəbşünaslar, şərqşünaslar və mövzu ilə maraqlanan digər şəxslər iştirak edə bilərlər.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər