Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının təşəbbüsü, Bakı Slavyan Universitetinin (BSU) dəstəyi və təşkilatçılığı ilə dekabrın 13-14-də “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda elmi-praktik seminar keçiriləcək.
Seminarda Moskva Şəhər Universitetinin Xarici Dillər İnstitutunun professoru Qalina Lyovina, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası katibliyinin direktoru Aleksandr Korotışev, Moskva Pedaqoji Dövlət Universitetinin laboratoriya müdiri, dosent Olqa Drazdova, Azərbaycanın ali və orta məktəblərinin, liseylərinin rus dili müəllimləri iştirak edəcəklər.
Üç gün BSU-da davam edəcək seminarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə rus dilinin hazırkı tədris vəziyyəti, bu məsələyə müasir və innovativ yanaşmalar, eləcə də digər vacib məqamlarla bağlı mühazirələr, dəyirmi masalar keçiriləcək.
Seminarın sonunda sertifikatlar təqdim ediləcək. Seminar çərçivəsində rusiyalı qonaqların Bakının tarixi-mədəni yerlərinə gəzintilərinin təşkil edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, elmi-praktik seminarın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmri ilə 18 nəfərdən ibarət işçi qrup yaradılıb. Nurlana Əliyeva Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvüdür və bu qurum ilk tədbirini BSU-da keçirir.

BSU-nun Mətbuat Xidməti