BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompyuter elmləri ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aygün Məmmədova Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası ilə “AzEdu Academy”nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdə layiq görülüb.
İstedadlı tələbələrə dəstək olmaq və məşhur alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan, birinci Qarabağ və Vətən müharibəsində şəhid və ya qazi olan şəxslərin övladları, həmçinin sosial təminatı aşağı olan tələbələr üçün nəzərdə tutulub. Aygün İlkin qızı Məmmədovanın atası birinci Qarabağ müharibəsi qazisidir.

Tehsil-press.az

Oxşar xəbərlər