Bakı Ali Neft Məktəbinin daha 2 tələbəsi akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb

Bakı Ali Neft Məktəbinin daha 2 tələbəsi akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb Bakı Ali Neft Məktəbinin daha iki tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb.
2019/2020-ci tədris ilinin yekun göstəricilərinə əsasən, ortalama balı ən yüksək olan və təhsil aldıqları müddət ərzində həm bacarıq və davranışları, həm də sosial-ictimai fəaliyyətləri ilə nümunəvi tələbə kimi tanınan neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbələri Aytac İsgəndərova və Türkan Əliyeva akademik Xoşbəxt Yusifzadənin adına təsis edilmiş tələbə təqaüdünü qazanıblar.
Təqaüd 2020-ci ilin dekabr ayından etibarən hesablanacaq.
Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbi tərəfindən (SOCAR-ın Şurasının 2020-ci il 17 mart tarixli 13 nömrəli Qərarına əsaslanaraq) təqaüd təsis edilib. Belə ki, hər il BANM-in iki nümunəvi 4-cü və ya 5-ci kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər. İlk dəfə sözügedən təqaüdə ötən il neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov və Nadir Namazov layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər