Sentyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Qeyri-səlis məntiq nəzəriyyəsinin işığında elm və fəlsəfənin əsas anlayışları” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə görkəmli alimin həyat və yaradıcılığından, banisi olduğu qeyri-səlis məntiq nəzəriyyəsindən danışıb.
Lütfi Zadənin elmi irsinin əhəmiyyətini qeyd edən İ.Məmmədzadə bildirib ki, dünya şöhrətli alim qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi böyük işlər görüb, beynəlxalq elmi ictimaiyyətin nüfuzunu qazanıb. Alimin zəngin elmi irsi sonrakı nəsillər üçün sanballı mənbədir.
İnstitutun direktoru deyib ki, gördüyü işlər sayəsində Lütfi Zadə Azərbaycanın adını yüksəklərə qaldırıb. O, görkəmli alimin əsərlərinin ana dilimizə tərcüməsi, onun elmi nailiyyətlərinin geniş təbliği ilə bağlı təkliflərini irəli sürüb.
İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdən olduğunu qeyd edib. Vurğulanıb ki, texnologiya və elm sahəsində nailiyyətlər davam etdikcə bu böyük alimin adı da əbədi yaşayacaq.
Fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə görkəmli alimin həyat və fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirilib ki, adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən azərbaycanlı alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürüb. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olub.
AMEA İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, professor Ramin Rzayev, Fizika İnstitutunun aparıcı elmi işçisi Elmira İsayeva və başqaları dünya şöhrətli alimin elmi araşdırmalarından, qeyri-səlis məntiq sahəsində elmə gətirdiyi inqilabi yeniliklərdən söz açıb, onun xatirəsinin daim xalqımız tərəfindən dərin hörmət və ehtiramla anılacağını bildiriblər.
Kəmalə Rəhimli