Serj Sarkisyan: “Məğlubiyyət qaçınılmaz idi”

Serj Sarkisyan: “Məğlubiyyət qaçınılmaz idi” Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkədə hakimiyyət dəyişikliyinə səbəb olan 2018-ci il hadisələrini "anti-Qarabağ hərəkatı" adlandırıb.
Serj Sarkisyan bu barədə Armnews TV-yə verdiyi müsahibəsində bildirib.
"2018-ci ilin yazında baş verənlər mahiyyət etibarilə Qarabağ əleyhinə bir hərəkat idi", - deyən keçmiş prezidentin sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti Qarabağ məsələsində əvvəlki "nailiyyətlərindən" imtina etdikdə və danışıqlar prosesinin tarixini Azərbaycan Prezidentindən öyrənməyə başlayanda müharibə və məğlubiyyətin qaçılmaz olduğu artıq çoxdan aydın idi.
Serj Sarkisyan Paşinyanın hakimiyyətə gəlməsinin onun layihəsi olması ilə bağlı mətbuatda dolaşan iddiaları da rədd edib.
"Düşmənə də belə bir layihə arzulamazdım. Düşünürsünüz ki, özümə görə belə bir cəfəngiyatın üzərinə boya çəkərəm?".

Tehsil-press.az


Oxşar xəbərlər