Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)

Serj Sarkisyan istefa verdi: Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi.
Bu barədə Tehsil-press.az Ermənistan mətbuatına istinadən məlumat verir.
S.Sarkisyan Ermənistan xalqına müraciətində bildirib: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".
Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.



Tehsil-press.az

Oxşar xəbərlər