Rusiyanın Soçi şəhərində Suriya böhranına həsr olunmuş iclas keçirilir.
İclasda “Astana prosesi”nin zəmanətçiləri olan Türkiyə, Rusiya və İran, eləcə də, Bəşər Əsəd hökuməti və hərbi müxalifət heyətləri iştirak edir.
Astana formatında ən son 2019-cu ilin dekabrında bir araya gələn heyətlər iclasa ikitərəfli görüşmələrlə başlayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, heyətlər arasındakı ikitərəfli görüşlər mətbuata qapalı olacaq.
Rusiya heyətində Vladimir Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentiyev, İran heyətində XİN başçısının köməkçisi Əli Əsgər Hacı, Türkiyə heyətinə isə Suriya səfiri Səlçuk Ünal başçılıq edir.
“Zəmanətçi ölkələr bir-biri ilə görüşərək Suriyadakı siyasi həlli irəli aparmaq istəyirlər. Rusiya konstitusiya çalışmaları istiqamətində konstruktiv bir mühitin təmin olunmasına çalışır. Suriyalı qaçqınların vəziyyəti iclasda gündəm olacaq”, - Lavrentiyev bildirib.
Tehsil-press.az