Türkiyə, Rusiya və İran prezidentləri yenidən bir araya gəlir

Türkiyə, Rusiya və İran prezidentləri yenidən bir araya gəlir Yanvarın əvvəlində Rusiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun rusiyalı həmkarı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.
Bunu Rusiya pezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.
Bildirilib ki, görüş Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə Astana danışıqları formatında keçirilir.
M. Boqdanovun sözlərinə görə, sammitin yanvarın birinci həftəsində, prezidentlərin iş cədvəlindən asılı olaraq, keçiriləcəyi nəzərədə tutulub.
Qeyd edək ki, bu formatda sonuncu görüş 2018-ci il sentyabrın 7-də keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər