Bu ölkədə koronavirusun yeni mutasiyası aşkarlandı

Bu ölkədə koronavirusun yeni mutasiyası aşkarlandı İtaliyada Afrikadan dönən və koronavirus testi müsbət çıxan bir nəfərdə ölkədə indiyədək görülməmiş mutasiya aşkarlanıb.
Yeni mutasiya İtaliyada daha əvvəl rast gəlinən ştammlarla hər hansı bir bənzərlik göstərməyib və haqqında çox informasiya yoxdur.
Napolidə təsbit edilən və “B.1525” adı verilən bu ştamma İngiltərədə 32, Nigeriya, Danimarka və ABŞ-da bir neçə şəxsdə rast gəlinib.
Qeyd edək ki, son sutka ərzində İtaliyada 294 min 411 test aparılıb, onlardan 12 min 74-ü müsbət çıxıb. Bununla ölkədə yoluxma sayı 2 milyon 751 min 657-yə çatıb. Ölkədə aktiv koronavirus xəstələrinin sayı 388 min 364-dür. Ölənlərin sayı isə bu gün 369 nəfər olub, bununla pandemiya qurbanlarının sayı 94 min 540-a yüksəlib. Sutka ərzində 16 min 519 nəfər sağalıb, bununla ümumi rəqəm 2 milyon 268 min 253 təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər