Türkiyədə karantin bu tarixdən yumşaldılır

Türkiyədə karantin bu tarixdən yumşaldılır Türkiyədə mart ayından etibarən koronavirusa görə tətbiq olunan karantin tədbirləri yumşaldılacaq.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
“Mart vaksinasiyada məsafə qət edəcəyimiz bir ay olacaq. Vilayətləri dörd qrupa ayıraraq, mart ayından etibarən mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlayacağıq”, - Ərdoğan qeyd edib.
Prezident normallaşma müddəti ilə bağlı yol xəritəsindən də söz açıb:
“Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi meyarlara görə vilayətləri yoluxma və peyvəndləmə ilə bağlı aşağı, orta, yüksək və çox yüksək riskli olaraq təsnif edəcəyik.
Pandemiya tədbirləri səbəbindən işinə fasilə verməyə məcbur olan restoran, kafe, qiraətxana və başqa sahələri rahatlaşdıracaq yol xəritəsi yaxın günlərdə açıqlanacaq. Həftəsonu məhdudiyyətlərindən başlayaraq, küçəyə çıxma qadağasını vilayətlərdəki vəziyyətə görə mərhələli şəkildə ləğv edirik”.

Tehsil-press.az



Oxşar xəbərlər