“Gördüyümüz tədbirlər sayəsində epidemiyanın artım tempini ləngitməyə nail olduq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasından sonra deyib. O, bildirib ki, xəstəliyin və ağır xəstələrin sayının azalması ilə yanaşı, səhiyyə sisteminin yükü də azalıb.
“Bu irəliləyişi qorumaq üçün birlikdə çalışmalıyıq. Problemin birdəfəlik həllini tapana qədər həyatımızı qaydalara uyğun şəkildə davam etdirməyə məcburuq. Türkiyə dünyadakı bütün peyvəndlərin hazırlanması prosesini yaxından izləyir. Artıq ölkəmizə 3 milyon doza peyvənd gəlib. Əlbəttə ki, məhdudiyyətləri tədricən azaldacağıq”, - deyə Ərdoğan qeyd edib.
O bildirib ki, Türkiyədə peyvəndləmə cümə axşamı və ya cümə günü başlayacaq.
Tehsil-press.az