Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 363 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 363 654 hal qeydə alınıb, “COVID-19”dan 9 619 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 109 594 835, ölüm hallarının sayı 2 424 060 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 491 574 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 950 201), Braziliya (9 921 981), Rusiya (4 125 598), Böyük Britaniya (4 071 189), Fransa (3 453 645), İspaniya (3 107 172), İtaliya (2 751 657), Türkiyə (2 609 359), Almaniya (2 360 606), Kolumbiya (2 202 598) və Argentina (2 033 060) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər