Daxili İşlər Nazirliyi bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən və tibbi maskadan düzgün istifadə etməyən şəxslərin polis bölməsinə aparılmasının qanuni olub-olmadığını araşdıran materiala münasibət bildirib.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb:
“Polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır”.
Qeyd edək ki, İTV-nin sözügedən sujetindən sonra, Meydan TV-də məqalə dərc olunub. Həmin məqalədə İTV-də polislə bağlı yayımlanan sujetin təsadüfi hazırlanmadığı, sifariş əsasında efirə getdiyi iddia olunub.
Tehsil-press.az