Bakıda həbs olunan 5 geydə QİÇS xəstəliyi tapıldı - Yenilənib

Bakıda həbs olunan 5 geydə QİÇS xəstəliyi tapıldı - Yenilənib Son günlər sosial şəbəkələrdə Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Yayılan xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Bildirilir ki, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir.
Məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə sorğu verib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında, Bakı şəhərində əsasən gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.
Nazirlik sözçüsü bildirib ki, mətbuatda saxlanılan şəxslərin arasında QİÇS-ə yoluxanların olduğu barədə xəbərlər yayılsa da, bu da həqiqəti əks etdirmir: “Bizim əlimizdə belə bir rəsmi məlumat yoxdur. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi də bu məlumatı təsdiq etmədi. Ümumiyyətlə, polisin saxladığı adamlar sağlıq müayinəsindən keçirilir. Lakin onlardan hər hansı xəstəliyin tapılması barədə rəsmi məlumat yoxdur".
Azərbaycanda saxlanılan transseksual şəxslərdən bir neçəsində QİÇS virusu aşkarlanıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.
Nazirlik rəsmisinin bildirdiyinə görə, ötən günlərdə vətəndaşların şikayətinə əsasən saxlanılan və tibbi müayinədən keçirilən transseksuallar arasında QİÇS və sifilis xəstəsi olan şəxslər aşkarlanıb.
Rəsmi məlumata görə, saxlanılan şəxslərdən 5 nəfərdə həm QİÇS, həm də sifilis aşkar edilib. Bir nəfərdə isə yalnız sifilis xəstəliyi aşkarlanıb: "Mövcud qanunlara əsasən biz onların adlarını açıqlaya bilmirik. Polisin bu əməliyyatı bir daha göstərdi ki, bu cür tədbirlər vətəndaşlarımızın tibbi təhlükəsizliyi üçün çox vacibdir. Vətəndaşlarımız bu cür təhlükəli halları müşahidə edəndə mütləq polisə müraciət etsinlər" - deyə E.Zahidov qeyd edib.

Təhsil-press.az

Oxşar xəbərlər