Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 326 990 hal qeydə alınıb, “COVID-19”dan 6 573 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 116 874 912, ölüm hallarının sayı 2 597 381 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 28 700 966 nəfər virusa yoluxub. Daha sonra Hindistan (11 244 786), Braziliya (11 019 344), Rusiya (4 342 474), Böyük Britaniya (4 223 236), Fransa (3 841 709), İspaniya (3 160 970), İtaliya (3 081 368), Türkiyə (2 793 632), Almaniya (2 509 445), Kolumbiya (2 276 656) və Argentina (2 154 694) gəlir.

Tehsil-press.az

Oxşar xəbərlər