Rusiya və Çin Ayda kosmik stansiya tikəcək

Rusiya və Çin Ayda kosmik stansiya tikəcək Rusiya və Çin Ayda birgə kosmos stansiyası qurmaq barədə razılığa gəliblər.
Bu barədə Federal Kosmos Agentliyi (“Roscosmos”) açıqlama yayıb.
Bildirilib ki, bu istiqamətdə Çin Milli Kosmos İdarəsi (CNSA) ilə müqavilə imzalanıb.
“Roscosmos”un rəhbəri Dmitri Roqozin ilə CNSA rəhbəri Çang Kejian arasında imzalanan müqavilə Ayın kəşfi, istifadəsi, Ay müşahidələri və təməl araşdırmaları ehtiva edir.
Bundan başqa, Ayda qurulacaq stansiyada uzunmüddətli insansız çalışmalar da daxil olmaqla, bir sıra sınaqlar aparılacaq.[

Tehsil-press.az

/size]

Oxşar xəbərlər