Özbəkistanda yeni növ koronavirus pandemiyasına görə Novruz bayramı münasibətilə rəsmi şənliklər keçirilməyəcək.
Müvafiq qərar Özbəkistanın Baş naziri Abdulla Aripovun sədrliyi altında Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası tərəfindən qəbul edilib.
Ölkədə Novruz bayramı münasibətilə rəsmi şənliklər 1991-ci ildən etibarən ilk dəfə olaraq 2020-ci ildə pandemiyanın qarşısının alınması üzrə tədbirlər çərçivəsində keçirilməyib. Novruz bayramı keçən il olduğu kimi, bu il də evdə qeyd olunacaq.
Qeyd edək ki, indiyədək Özbəkistanda koronavirusa 80 858 yoluxma qeydə alınıb, 622 xəstə dünyasını dəyişib.
Tehsil-press.az