Türkiyə də İranla sərhədi bağladı

Türkiyə də İranla sərhədi bağladı Türkiyə koronavirus təhlükəsi səbəbindən İranla sərhədini bağlayıb.
Kapıköy və Əsəndərə nəzarət-buraxılış məntəqələri bağlanıb. Qərarın Novruz bayramı ərəfəsində İrandan Türkiyənin Van əyalətinə turist axınının qarşısını almaq fonunda qəbul edildiyi bildirilir.
Qeyd edək ki, İranda 43 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 8-i ölümcüldür. İndiyədək isə 6 nəfər Covid-19-dan dünyasını dəyişib.
Onu da qeyd edək ki, koronavirus təhlükəsi səbəbindən Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində məhdudiyyətlər tətbiq edilib.

Tehsil-press.az



Oxşar xəbərlər