Təhsil Nazirliyi: 12 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Təhsil Nazirliyi: 12 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb Hər il “eTwinning” layihəsi çərçivəsində Avropa təhsil müəssisələri arasında “eTwinning Məktəbi” müsabiqəsi keçirilir. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilir.
Bu tədris ilində qiymətləndirmənin nəticəsi olaraq, Avropa üzrə 2 min 935 məktəb beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb. Azərbaycandan 12 məktəb, o cümlədən Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Heydər Əliyev adına lisey, Bakı şəhəri 210, 24, 300, 60 nömrəli tam orta məktəblər, H.E.Hüseynov adına 83 nömrəli məktəb-lisey, Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəb, Gəncə şəhəri 22 nömrəli tam orta məktəb, İsmayıllı rayonu, Diyallı kənd tam orta məktəb, Sumqayıt şəhəri 26 və 39 nömrəli tam orta məktəblər beynəlxalq mükafata layiq görülənlər sırasındadır.

Tehsil-press.az



Oxşar xəbərlər