Misir Süveyşdəki zərərinə görə 1 milyard dollar təzminat istəyir

Misir Süveyşdəki zərərinə görə 1 milyard dollar təzminat istəyir Misir Süveyş kanalını günlərlə bağlayan gəminin sahibi olan şirkətdən təzminat istəməyə hazırlaşır.
Şirkətdən ən azı 1 milyard dollar təzminat istəniləcək.
Təzminat hesablanarkən səfərlərin altı gün dayanması ilə yanaşı, gəminin üzdürülməsi üçün istifadə edilən maşın və vasitələrin korlanma payı, heyət və təchizatın uğradığı zərər, texniki heyətin və mühəndislərin mütəmadi işləməsi göz önünə alınacaq.
Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “The Ever Given” konteyner gəmisi martın 24-də kanalın 151-ci kilometrliyində saya oturaraq, hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.
Altı günlük çalışmalardan sonra gəmi üzdürülüb, kanalda hərəkət bərpa edilib. Ancaq Misir bu müddətdə ciddi maliyyə itkisi ilə üzləşib. Belə ki, kanalın bağlı qaldığı hər gün bu dövlətə 10-15 milyon dollar başa gəlib.
“The Ever Given” adlı gəminin sahibi olan yapon şirkəti səfərlərin ləngiməsinə görə ticarət gəmilərinin operatorlarından üzr istəyib.

Tehsil-press.az



Oxşar xəbərlər