Qalmaqallı prodüser 19 milyon təzminat ödəyəcək

Qalmaqallı prodüser 19 milyon təzminat ödəyəcək Cinsi zorakılığa görə 23 il həbs cəzası verilən Hollivudun 67 yaşlı prodüseri Harvi Vaynşteyn barədə növbəti qərar açıqlanıb.
Nyu-York ştatının Ali Məhkəməsinin hökmünə əsasən, Harvi seksual xarakterli addımlar atdığı işçilərinə təzminat ödəyəcək.
O, bunun üçün 19 milyon dollar miqdarında puldan keçməli olacaq.
Xatırladaq ki, Harvinin ətrafında qalmaqallı söz-söhbət 2017-ci ildə yayılmağa başlayıb. 80-nə yaxın qadın seksual zorakılıq ittihamı ilə prodüserə qarşı məhkəmə işi qaldırıb. Onların arasında Ancelina Coli, Uma Turman, Eşli Cadd, Cessika Man kimi məşhurlar da var.

Tehsil-press.az

Oxşar xəbərlər