“Qarabağda apardığımız mübarizəyə dəstək olmadılar” - Ərdoğandan 104 admirala cavab

“Qarabağda apardığımız mübarizəyə dəstək olmadılar” - Ərdoğandan 104 admirala cavab Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 104 admiralın imzaladığı bəyanatla bağlı iclas keçirib.
Prezident bunu zərərli cəhd adlandırıb.
“İfadə azadlığı “əks halda” ilə başlayan və seçilmiş rəhbərliyi təhdid edən bir açıqlamanı ehtiva etmir. Montrö sazişi dönəmin şərtləri daxilində vacib qazancdır. Montrö qazancları əhəmiyyətlidir və daha yaxşısını tapanadək buna sadiqik”, - R.T.Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, heç bir təqaüdçü dövlət məmurunun kollektiv olaraq buna cəhd etmək hüququ yoxdur:
“Biz bu admiralların, diplomatların son dönəmdə Kiprdən Qarabağa qədər apardığımız mübarizədə bir araya gələrək, ölkəmiz üçün dəstək bəyanatı yaydıqlarını görmədik. Həmçinin, onların 15 iyul çevriliş cəhdinə qarşı millətimizin yanında yer aldığını görmədik”.
Qeyd edək ki, dünən Türkiyənin istefada olan 104 admiralı birgə bəyanat yayıb. Onlar Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırıblar.
Bəyanatı yayan admiralların fikrincə, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib.
Buna görğə də Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.

Tehsil-press.az

Oxşar xəbərlər