Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı əhalinin peyvənd olunması uğurla davam edir. Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də təhsil işçilərinin vaksinləşmə prosesi yaş kateqoriyasına uyğun olaraq mərhələli şəkildə aparılır.
Vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan professor-müəllim heyəti və universitet əməkdaşları iştirak ediblər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunublar. Bu günə qədər universitetdə birinci mərhələdə peyvənd olunanların sayı 248, ikinci mərhələdə isə 61-dir.
Xatırladaq ki, təhsil işçilərinin vaksinasiyasını həyata keçirmək üçün Təhsil Nazirliyinin göstərişi ilə paytaxtdakı ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Qeydiyyat yerindən asılı olmayaraq və yaş məhdudiyyəti qoyulmayaraq hər bir təhsil işçisi çalışdığı təhsil müəssisəsinin yerləşdiyi rayonun ərazisində formalaşdırılan tibb məntəqəsində peyvənd oluna bilər.
Qeyd edək ki, Təhsil işçilərinin COVID-19 əleyhinə vaksinasiyaya daha fəal qoşulması üçün #TəhsilÜçünVaksinasiya həştəq kampaniyası keçirilir.
Tehsil-press.az