Paytaxtdakı 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
98 nömrəli tam orta məktəbdə bir müəllimin, 39 nömrəli tam orta məktəbdə iki müəllim, bir direktoru müavini və bir texniki işçinin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən, qeyd olunan məktəblərdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası və məktəb kollektivlərinin sağlamlığının daha etibarlı qorunması üçün 50 və daha yuxarı yaşda olan pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.
Sağlamlıqlarına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
BŞTİ-nin tabeliyindəki 316 ümumi təhsil müəssisəsində 455 min 994 şagirdin təlim-tərbiyəsi ilə 28 min 354 müəllim məşğul olur.
Tehsil-press.az