Təhsil Nazirliyi: Bu günədək müəllimlərin 55 faizdən çoxu COVID-19 əleyhinə peyvənd olunub

Təhsil Nazirliyi: Bu günədək müəllimlərin 55 faizdən çoxu COVID-19 əleyhinə peyvənd olunub Ümumtəhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində müəllim və texniki heyətin 55 faizdən çoxu COVID-19 əleyhinə peyvənd olunub.
Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 virusundan qorunmağı bir daha tövsiyə edir.

Tehsil-press.az

Oxşar xəbərlər