Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə etdilər

Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə etdilər ABŞ-ın dövlət katibi Entoni Blinken və İtaliyanın xarici işlər naziri Luici Di Maio Vaşinqtonda keçirilən görüşdə digər məsələlərlə yanaşı, Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.
“Dövlət katibi Blinken və nazir Di Maio Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə göstərdikləri sarsılmaz dəstəyi təsdiqləyiblər, həmçinin, Rusiyanın Krımda və Ukrayna ilə sərhəd boyunca hərbi iştirakını təhlükəli şəkildə artırmasının dayandırmasının zəruriliyini müzakirə ediblər”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər Liviyadakı vəziyyəti və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər