“Səmimi danışsaq, mən münaqişə dövründə Avropa İttifaqının ciddi tənqid olunduğunu görməmişəm. Nə mən özüm, nə də qurumlarımızdan heç biri Avropa İttifaqını Avropa İttifaqı olaraq tənqid etməmişik. Avropa İttifaqı Şurasının prezidenti müharibə vaxtı mənə telefonla zəng etdi. O, baş verənlərlə bağlı narahatlığını ifadə etdi, biz müzakirə apardıq, mən onu vəziyyətlə bağlı məlumatlandırdım”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.
Dövlət başçısı çıxışına belə davam edib:
“Bəli, Avropa İttifaqının bəzi aparıcı üzv dövlətləri ilə bağlı tənqidlər var idi. Lakin onlar müharibə vaxtı Avropa İttifaqının üzv dövləti kimi deyil, dövlət olaraq davrandılar. Ona görə də, Avropa İttifaqına gəlincə, indi Avropa İttifaqını kömək etmədiyinə görə tənqid edən Ermənistandır. Lakin Avropa İttifaqının necə kömək edə bilməsi böyük sual doğurur. Avropa İttifaqı oraya qoşunlarını göndərməli idi, ya necə? Mən bilmirəm.
Münaqişədən sonrakı inkişafda Avropa İttifaqının roluna gəlincə, mən artıq demişəm, biz Avropa İttifaqından yenidənqurma, qaçqınların yerləşdirilməsi ilə bağlı bizə necə kömək etmək istədiklərinə və ya planlaşdırdıqlarına dair, - əgər istəyirlərsə və ya planlaşdırırlarsa, - heç bir mesaj almamışıq. Bu, təkcə maliyyə resursları baxımından deyil, həm də metodologiya baxımından bizim üçün böyük iş olacaq. Biz heç vaxt belə vəziyyətə düşməmişik ki, yerlə-yeksan edilmiş əraziləri bərpa etməli olaq. Bunu necə planlaşdırmaq, hansı addımlar atmaq, addımları hansı ardıcıllıqla atmaqla bağlı məsləhət verən müəyyən beynəlxalq təcrübə ola bilər. Əlbəttə ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı hər hansı təchizat və ya kömək nəzərdə tutsa, biz minnətdar olarıq.
Bundan əlavə, sizə deyə bilərəm ki, pandemiya ilə əlaqədar bizim Avropa İttifaqı ilə yeni razılaşma ilə bağlı danışıqlarımız bir qədər dondurulmuşdu. Mən artıq açıq şəkildə bildirmişəm ki, COVID bu və ya digər dərəcədə bitən kimi, vəziyyət daha sabit olan kimi biz danışıqlara yenidən başlayacağıq. Bu razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb, cəmi 7-8 faizi razılaşdırılmalıdır. Ona görə də, biz Avropa İttifaqı ilə sıx əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Hətta müharibə zamanı və müharibədən sonra bizə hücum edən Avropa İttifaqının üzv dövlətlərinin bəziləri artıq münasibətlərində dəyişikliklər edib.
Sizə deyə bilərəm ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb. Biz demək olar ki, səssiz qaldıq. Yalnız bizim Xarici İşlər Nazirliyimiz cavab verdi, çünki biz bu ölkədən çox “qorxurduq”. Mən sizə də bizə amansızcasına hücum edən bu ölkədən çox “qorxmağı” məsləhət görürəm. Mən bütün rəsmi şəxslərimizə dedim ki, səssiz qalsınlar, əks halda onlar gəlib bizi “işğal edərlər”. Bilirsiniz bu hansı ölkədir? Bu ölkə Lüksemburq adlanır. Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun. Lakin bundan başqa, müharibədən sonra mənfi heç nə baş verməyib. Biz ümid edirik ki, Avropa İttifaqı bizim böyük tərəfdaşımız olmağa davam edəcək. Xüsusilə əvvəl qeyd etdiyim kimi, Avropa İttifaqının 9 üzvü ilə bizim strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatımız var”.
Tehsil-press.az