Son sutka ərzində nə qədər insan vaksinasiya olunub? - RƏSMİ

Son sutka ərzində nə qədər insan vaksinasiya olunub? - RƏSMİ Azərbaycanda 14 680 nəfərə vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələdə isə bu rəqəm 5 221 nəfər təşkil edib.
Bu günə qədər Azərbaycanda ümumilikdə 1 366 890 ədəd vaksin vurulub.
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 908 672 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 458 218 olub.

Tehsil-press.az

Oxşar xəbərlər