Hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur. Növbəti həftədən etibarən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq. Hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksin vurulacaq.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırarkən söyləyib
Nazir deyib: “İkinci mərhələ üzrə vaksinasiya olmuş insanlar arasında nə reanimasiyaya düşən, nə də ölüm halı olmayıb. İndiyədək iki mərhələ üzrə ümumilikdə 900 mindən çox vaksin vurulub. Vaksinlərdən qorxmaq lazım deyil. Daha tez bir zamanda peyvənd vurdurmaq olduqca vacib məsələdir. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, insanların vaksinasiya olunmasından asılıdır”.
Tehsil-press.az