Növbəti tədris ilindən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bir sıra yeniliklərə start veriləcək.
Bu məqsədlə Elmi şurada müvafiq qaydalar qəbul edilib.
Yeni tədris ilindən tətbiq olunması nəzərdə tutulan Universitetdaxili İkili Diplom (UDİD) proqramının məqsədi bakalavrlara 4 il ərzində qəbul olduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də əlavə təhsil və diplom almaq imkanı yaratmaqdan ibarətdir. Tələbələr 3-cü semestrdən bu proqrama qoşularaq, məzun olduqda iki ixtisas üzrə iki diplom əldə edə biləcəklər. 700 bal toplayaraq UNEC-ə qəbul olan abituriyentlər proqramda ödənişsiz, 600 və daha yüksək bal toplayan abituriyentlər isə 50 faiz güzəştlə iştirak edəcəklər.
Minor proqramında isə tələbələr öz ixtisas qrupu daxilində 4, ixtisas qrupları arasında isə 5 fənn götürməklə Minor ixtisasını qazanacaqlar. Minor proqramını tamamlayan tələbələrə universitet tərəfindən müvafiq sertifikat və transkript təqdim olunacaq. Əldə olunan sertifikat əmək bazarında məzunlara üstünlük yaradacaq.
Şurada təhsil standartlarında nəzərdə tutulan ixtisaslar üzrə istiqamətlər (Track) barədə də təqdimat olunub. Bildirilib ki, “İxtisas istiqamətləri” tələbələrə əlavə imkanlar yaratmaq məqsədilə hazırlanıb. Tələbələr ixtisas istiqamətlərini seçməklə əlavə sertifikat əldə edə biləcəklər. Bununla da, məzunlar əlavə ixtisas biliyi ilə yanaşı, bacarıq, vərdiş və kompetensiyalar əldə etmiş olacaqlar.
Elmi şurada ““UNEC Professoru” vəzifəsi və onun tutulması haqqında Qaydalar” da müzakirə olunaraq qəbul edilib.
Tehsil-press.az