Rayonlarda daha 1000 müəllim üçün təlimlər keçirilir

Rayonlarda daha 1000 müəllim üçün təlimlər keçirilir Rayonlarda daha 1000 müəllim üçün "Əsas sosial emosional bacarıqların inkişafı" mövzusunda təlimlər təşkil olunur. Aprel-may aylarında keçirilən ixtisasartırma təlimləri 18 akademik saat üzrə keçirilir.
Təlimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu və UNICEF-in (BMT-nin Uşaq Fondu) birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" layihəsi çərçivəsində həyata keçirilir.
Təlimlərin keçirilməsində məqsəd Vətən müharibəsindən təsirlənən müəllimlərə və şagirdlərə psixoloji dəstək vermək, onların sosial və emosional bacarıqlarını gücləndirməkdir.
Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonlarını, Naftalan və Gəncə şəhərlərini əhatə edən təlim proqramı sosial emosional öyrənmə, sosial emosional bacarıqlar, empatiya, şagirdlərdə emosional bacarıqların inkişaf etdirilməsi, dəstəkləyici sinif mühitinin yaradılması və s. mövzuları əhatə edir.
Təlimlər zamanı müdavimlərə sosial emosional bacarıqlar, həmçinin onların müəllimlərdə və şagirdlərdə inkişaf etdirilməsi üsulları haqqında məlumatlar verilir. Eyni zamanda, mövzularla bağlı müəllimlərin fikirləri dinlənilir, bu bacarıqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş psixogimnastik çalışmalar, nəfəs texnikaları və müvafiq faydalı tapşırıqlar işlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər