“Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərin fərdi inkişafına dəstək verilməsi, bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sosial əlaqələrin inkişaf etdirilməsi məqsədilə yeni fəaliyyət proqramına başlayıb.
Üç ay davam edəcək proqram çərçivəsində könüllülər üçün müxtəlif mövzularda təlimlərin, seminarların, interaktiv oyunların, müsabiqələrin keçirilməsi, kursların, müxtəlif müəssisə və təşkilatlara infoturların təşkili, eləcə də onların RİİB-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə, layihələrdə və sosial aksiyalarda iştirakı nəzərdə tutulur.
Proqram çərçivəsində ilkin mərhələdə regionlardan olan 300-dən çox könüllü üçün “Komanda işi” mövzusunda təlimlər keçirilib.
Təlimlərdə gənclərə, həmçinin komanda çərçivəsində fəaliyyət, uğur qazanmanın şərtləri, ünsiyyət və digər mövzularda məlumatlar verilib, müxtəlif interaktiv oyunlar keçirilib.

Sifai SƏFƏROVA