Yeniyetmələr üçün distant təlimlər: Əsas həyat bacarıqları

Yeniyetmələr üçün distant təlimlər: Əsas həyat bacarıqları Təhsil İnstitutu UNICEF ilə birgə “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi” adlı layihəni icra edir.
Layihə çərçivəsində cəbhəyanı ərazilərdə “Əsas həyat bacarıqları” mövzusunda distant təlimlər təşkil olunub.
UNICEF tərəfindən hazırlanan “Əsas həyat bacarıqları” proqramının əsas məqsədi cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatda rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra bacarıqlara yiyələnməsidir. Belə ki, təlimlər zamanı yeniyetmələrə stresin idarə olunması, emosiyaların tənzimlənməsi, sağlam özünüqiymətləndirmə, fəal dinləmə, empatiya, dayanaqlıq kimi bacarıqların aşılanması, inkişaf etdirilməsi və tətbiqi hədəf olaraq qarşıya qoyulub.
Qeyd edək ki, bu ilin martından pilot layihə kimi Ağdam, Bərdə və Tərtər üzrə 100 müəllim “Əsas həyat bacarıqları” proqramı üzrə yeniyetmələrin sosial və emosional bacarıqlarını inkişaf etdirmək məqsədilə 12 saatlıq təlimlərdə iştirak edib. Həmin müəllimlər üçün bu istiqamətdə təlimlər aprel-may aylarında da davam edəcək. Müəllimlər tərəfindən yeniyetmələr üçün “Əsas həyat bacarıqları” üzrə məşğələlər də keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər