Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 7000-ə yaxın məktəbli Lütfi Zadə adına Məntiq Olimpiadasında iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 7000-ə yaxın məktəbli Lütfi Zadə adına Məntiq Olimpiadasında iştirak edib Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turu keçirilib. Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdi rəqabət aparıb.
Şagirdlər 2 saat ərzində məntiqi təfəkkürə aid 30 test sualını cavablandırıblar.
İlk mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsinin nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaq.
Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Tehsil-press.az


Oxşar xəbərlər