Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında dördüncü respublika fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.
Fənn müsabiqələrinin bu mərhələsində paytaxtın ümumtəhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 5.571, rus bölməsi üzrə 1.007 şagird, ümumilikdə isə 6.580 nəfər iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.
Müsabiqənin birinci mərhələsi paytaxt üzrə doqquz mərkəzdə (26, 32, 114, 138, 139,189-190, 211, 271, 276 nömrəli tam orta məktəblər) təşkil olunub. Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti turda seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyənləşdirilməsidir.
Tehsil-press.az