Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyevin nəyə görə həmin vəzifədə əvəzolunmaz kadr kimi qorunması hamıya qaranlıq qalır. Redaksiyamıza məlumat verən etibarlı mənbə bildirir ki, Vaqif Əliyev nəyin bahasına olursa-olsun, daha iki il postu təhvil verməməyi qarşısına məqsəd kimi qoyub. Çünki 2023-cü ildə ADPU-da həmkarlar təşkilatının yaradılmasının 100 illiyi qeyd olunacaq və Vaqif Əliyev də təmtəraqlı yola salınmaq üçün bu əlamətdar hadisənin məhz öz hazırki yüksək mövqeyində şahidi olmaq, yubileylə əlaqədar mükafat bölgüsündən yararlanmaq arzusundadır.
ADPU Həmkarlar İttifaqı Komitəsinin (HİK) “çoxşaxəli və rəngarəng” iş fəaliyyətinə əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onlar üçün ictimai iaşənin keyfiyyətli və ucuz təminatı, ehtiyacı olan insanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkil edeilməsi kimi vəzifələr daxil olsa da, Vaqif Əliyevin səbatsızlığı ucbatından komitə onları layiqincə yerinə yetirə bilmir.
Pandemiya və Vətən müharibəsi dövründə öz idbar işdəycələrindən əl götürməmiş, əksinə, bu gərgin dönəmlərdən də öz nəfinə manipulyasiyalar etmiş Vaqif Əliyev son illərdə öz həmkarlarından pul qopartmaq üçün ən müxtəlif yollara əl atmışdır. Məsələn, imtahan sessiayalarının nəticələri əsasında araşdırmalar aparılarkən xüsusi zəif nəticələrə və digər pozuntulara yol vermiş müəllimlər haqqında Elmi Şuranın qəbul etdiyi sərt qərarlar – həmin adamların tutduğu vəzifədən biryolluq kənarlaşdırılması məsələsi ADPU HİK-in iclaslarında “müzakirə” edilmiş, həmin müəllimlərdən bir çoxunun digər aşağı vəzifəyə keçirilməsi ilə cəza tədbirləri yüngülləşdirilmişdir. Analoji proses əməkdaşların attestasiyası keçirilərkən də baş vermiş, HİK-in “qayğısı” ilə onlarla əməkdaşın iş yerini itirməsinin qarşısı alınmışdır. .Əlbəttə ki, bu “qayğılı” münasibət müəllimlərə ucuz başa gəlməmişdir. Lakin Vaqif Əliyev əslində işdən qovulmağı haqq etmiş belə müəllimlərdən fərqli olaraq, həqiqətpərəst, ədalətsizliyə etiraz edən təhsil işçilərinin hüquqlarını müdafiə etmir, əksinə, onların zəif oxuyan tələbələr vasitəsilə şantajını təşkil edərək, vəzifələrindən uzaqlaşdırılmasının vacibliyi barədə rəhbərlik qarşısında məsələ qaldırmış və bu istəyinə nail olmuşdur. Bu barədə kütləvi informasiya vasitələrində indiyədək xeyli sayda tənqidi yazılar getmişdir. Həmin informasiyalardan bəzisini sizə çatdırırıq: “Məsələn, “Şöhrət” ordenli əməkdar elm xadimi, uzun illər Respublika Təhsil Şurasının sədr müavini olmuş professor Mirzəli Murquzovu və onun həyat yoldaşı dosent Rəna Məmmədovanı bu yolla şantaj edərək rəhbərliyin gözündən salmış və Universitetdən qovdurmuşdur. Məhşur idman ustası Gülbaba müəllimin də eyni qayda ilə müəssisədən kənarlaşdırılmasına nail olmuşdur. Universitetdə ixtisara düşdüyü xəbərini eşidən dörd nəfər əməkdaş infarktdan dünyasını dəyişəndə də Vaqif Əliyevin vicdanı susmuşdur”.
Ayrı-ayrı vaxtlarda universitetdə haqsızlıqlarla üzləşmiş elmlər doktoru Ramin Əliyev, elmlər namizədi Nərminə Əliyeva, dosentlər Olqa Velimedova, Əliqulu Quliyev, baş müəllim Akif Quliyev, baş laborantlar Arzu Əliyeva, Fəridə Hacıyeva, laboratoriya müdirləri Vahid Osmanov, Südabə Hüseynova, Elmira Şəfiyeva, laborantlar Qəmər Əliyeva, Nurlana Rəhimova, böyük dispetçer Vidadi Hüseynov, mətbəə işçisi Şükufə Əliyeva, nəzarətçi xanım Mehdiyeva və başqaları HİK sədriinin köməyindən faydalana bilməyib, əksinə, ondan zaval görmüşlər.
Amma əlbəttə ki, Vaqif Əliyevin qol qoyduğu ən ciddi qanunsuzluqlardan biri onun 2008-ci ildən sonra əməkdaşlardan xəbərsiz Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqəyə girərək, onların adına hektarlarla bağ sahəsi alması və həmin bağ sahələrini öz qohumlarının və Universitetdə işləməyən şəxslərin adına sənədləşdirməsidir. Bu məsələ ilə bağlı yayılan məlumatlarda bildirilir ki,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin qohumu olduğunu və bu səbəbdən ona heç kəs “bata bilməyəcəyini”, “pulumu vertib torpaq almışam, onunla istədiyimi edə bilərəm” deyən Vaqif Əliyev həmin torpaqları hasara almış, üstündə villalar(məsələn, Pirşağıda dəyəri 1 milyonluq malikanə) və obyektlər tikdirərək satışa qoymuş və satmışdır. Bu yerdə xatırlatmağa dəyər ki, Vaqif Əlıiyevin bu işğalçı siyasətinə qarşı çıxanlar da olub. Məsələn, “91-lər”dən olan Heydər Hüseynova məxsus torpaq sahəsini satışa qoyandan sonra bundan xəbər tutan Hüseynov onu məhkəməyə verib, istəyini gerçəkləşdirməsinə mane olub. Vaqif Əliyevin yenə də “91-lər”dən olan ziyalılardan mərhum Maqsud Nəcəfovla, Allahverdi Eminovla, keçmiş təsərrüfat işləri üzrə prorektor mərhum Əlirza müəllimlə mövqeləri toqquşub ki, bu məsələlər də araşdırılsa, kökündə korrupsiya motivinin olduğu üzə çıxar.

Əkbər Hüseynzadə