Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyevin Covid-19 pandemiyasının tüğyan etdiyi, yoluxma və ölüm sayının artdığı hazırki dönəmdə təqdimat yığıncağı təşkil edərək, dəvət etdiyi müəllimləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illik yubiley döş nişanı ilə təltif etməsi onu haqlı olaraq ictimai qınağa tuş gətirdi. Bu olay barədə KİV-də tənqidi məqalələr dərc olundu. Haqlı olaraq suallar ortaya qoyuldu ki, yoluxma və ölüm sayının gündən-günə artdığı indiki vəziyyətdə belə bir tədbiri keçirmək çoxmu vacib idi və bu tədbiri bir qədər sonraya, məsələn, heç olmasa, şəhər təhsil işçilərinin peyvəndlənməsinin başa çatmasınadək təxirə salmaq olmazdımı? Ya da, internet vasitəsilə onlayn-toplantı keçirib döş nişanlarını laureatların ünvanına göndərmək pis olardımı?
Hadisəyə qiymət verməyə çalışan jurnalistlər mülahizələr yürüdərək həmin suallara mümkün cavabları da nəzərdən keçirmiş və bu variantın üstündə dayanmışdılar: “Görünür, Xudaverdi Əliyev üçün təltif olunanların ona internet üzərindən, yaxud, başqa rabitə vasitəsilə uzaqdan-uzağa minnətdarlıq etmələri, quru “sağ ol” demələri azlıq edib, onlarla yaxın təmasa ehtiyac duyub ki, əllərini ciblərindən çıxarıb onunla salamlaşsınlar”.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, məlum təqdimat tədbirindən sonra şəhər təhsil işçiləri sırasından təltif olunanların seçimindən narazı qalanlar çox olub. Belə ki, laureatların çoxu Sumqayıt təhsilinin inkişafında hansısa xüsusi xidməti ilə seçilməyən şəxslərdir, HİK tərəfindən tədris prosesində və ictimai işlərdə fərqlənən, medala layiq görülməyi haqq etmiş veteran müəllimlərin və işçilərin mükafatlandırılması unudulmuşdur.
O da bildirilir ki, Xudaverdi Əliyev istər koronavirus dönəmində, istərsə də daha əvvəllər həmkarlar təşkilatının xətti ilə maddi yardımı çox vaxt layiq olan, əsl ehtiyac duyan təhsil işçilərinə deyil, məhz özü istədiyi, ona “xüsusi minnətdarlıq etməyi bacaran” şəxslərə yazıb. Belə qərarları sədr həmişə təkbaşına verib və nəyə əsaslandığı barədə hesabat verməyə özünü borclu saymayıb.
HİK əməkdaşların ailələrində baş verən xoşagəlməz və bədbəxt hadisələrlə əlaqədar operativ reaksiya göstərməyə gecikib. Son illər ərzində ailələrində gözlənilməz hadisələr baş vermiş əməkdaşa maddi və mənəvi yardım “50x50” şərtiylə verilib, səhhətində problem olan əməkdaşa lazımi diqqət göstərilməyib. İlk təşkilat ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərləbağlı olub. Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Xudaverdi Əliyev təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Xudaverdinin xeyirinə olur. Təşkilatda külli-ixtiyar Xudaverdi bəyin əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçiulməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işinin və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb. HİK rəhbərinin özündənrazılığı o həddə çatıb ki, təşkilatın sərəncamında olan minik avtomobilini öz adına rəsmiləşdirib, ştada adı gedən sürücünü isə azad buraxaraq məvacibini özünə götürür.
Xudaverdi Əliyevin pandemiya şəraitində qol qoyduğu ən azı səhlənkarlıq kimi qiymətləndirilə biləcək əməlləri yalnız məlum təqdimat tədbirindən ibarət deyil. Bildirilir ki, o, Novruz bayramı ilə əlaqədar hədiyyə mağazalarının sahibləri ilə sövdələşib uşaqlara paylanılmış kimi göstərdiyi sovqatların qiymətini “şişirdib”, rəqəm fərqi nağdlaşdırılaraq mənimsənilib. Lakin yerli təşkilat rəhbəri ən ciddi qanun pozuntularına pandemiyadan əvəlki dövrdə yol verib ki, bu da çox da uzaq olmayan dövrdə (bir il əvvələ qədər baş vermiş) korrupsiya əməlləridir. Məsələn, qeyd olunur ki, Xudaverdi Əliyev teatr rəhbərləri ilə korruptiv sövdələşmələrə gedərək onlarla müqavilələr bağlayıb. Heç bir teatr tamaşası təşkil olunmadığı halda şəhər təhsil işçilərinə teatr biletləri “sırınıb”. Bu təyinatla yığılan pullar da “həzm-rabedən” keçirilib.
Sumqayıt TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir. Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Xudaverdi Əliyev “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, 35 faizinə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Xudaverdi Əliyevin “bığının altından keçə bilməyən” çoxları illərlə istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir.
HİK-in əsas vəzifəsi rəhbərlik qarşısında üzvlərin hüquqlarını qorumaq, rəhbərliyin kollektiv əmək müqaviləsinin və ölkənin əmək qanunlarının şərtlərinə riayət etməsinə nəzarət etmək, əməkdaşlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. Lakin Xudaverdi bəy müəllimlərdən çox rəhbərliyə - məktəb və kollec direktorları, universitet rektorlarına özünü yaxın hiss edir, sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etməyə cürət eləmir. Təhsil müəssisələri rəhbərləri öz işçiləri ilə müqavilələrin müddəalarını yerinə yetirməsə də, Xudaverdinin səsini çıxarmağa hünəri çatmır, çünki gözükölgəlidir, həmişə istismar olunanların deyil, istismar edilənlərin tərəfində olub.
Əkbər Hüseynli