Xalq şairi Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib

Xalq şairi Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Xalq şairi Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilmiş “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak edən şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə Vəkilova, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, professor Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış edib. Tədbirdə Vaqif Səmədoğlunun şeirləri səsləndirilib, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilib, şairlə bağlı xatirələr yad olunub.

Mətbuat və İnformasiya şöbəsi


Xalq şairi Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı keçirilib

Oxşar xəbərlər