Vaqif Aydınoğluya ATV-də yüksək vəzifə verildi

Vaqif Aydınoğluya ATV-də yüksək vəzifə verildi "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.
Yeni prezident Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.
O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.
Vaqif Aydınoğlu təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib:
"Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”.
***
Vaqif Aydınoğlu Təhsil-press.az-a bildirib ki, o, TV-də eks-vitse-prezident Rauf Dadaşovun səlahiyyətlərini icra edir.

Təhsil-press.az

Oxşar xəbərlər