Necati Şaşmaz xanımından boşandı

Necati Şaşmaz xanımından boşandı “Kurtlar vadisi” serialında Polad Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın 2019-cu ildən davam edən boşanma məhkəməsi yekunlaşıb.
2012-ci ildə Nagehan Kaşıkçı ilə ailə quran aktyorun nikahı rəsmi şəkildə pozulub. Şaşmaz xanımından 5 milyon lirə maddi, 5 milyon lirə mənəvi təzminat, həmçinin uşaqlarının qəyyumluğunu tələb etmişdi.
Kaşıkçı isə öz növbəsindən keçmiş ərindən 20 milyon lirə maddi və mənəvi təzminat, özü və uşaqları üçün aylıq 60 min lirə təzminat tələbi irəli sürmüşdü. Məhkəmə hər iki şəxsin təzminat tələbini rədd edərək, 4 və 8 yaşlı uşaqların qəyyumluğunu Nagihan Kaşıkçıya verib.
Necati Şaşmaz hər ay 16 min lirə (təxminən 3200 manat) təzminat ödəyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər