BDU-da “İnzibati hüquq və inzibati proses” mövzusunda beynəlxalq simpozium keçirilir

BDU-da “İnzibati hüquq və inzibati proses” mövzusunda beynəlxalq simpozium keçirilir Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “İnzibati hüquq və inzibati proses” mövzusunda beynəlxalq simpoziumun açılışı mərasimi keçirilib.
Simpozium İstanbul Ticarət Universiteti, İstanbul Universiteti Hüquq fakültəsinin İnzibati Hüquq və Elm Tətbiqi və Araşdırma Mərkəzi, Özbəkistanın Buxara Dövlət Universiteti, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, H.Dosmuhammedov adına Atırau Universiteti və Makedoniyanın Beynəlxalq Vizyon Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Açılış mərasimində İstanbul Ticarət Universitetinin rektoru Yücel Oğurlu, Buxara Dövlət Universitetinin rektoru Abidcan Hamidov, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, İstanbul Universitetinin Hüquq fakültəsinin İnzibati Hüquq və Elm Tətbiqi və Araşdırma Mərkəzinin rəhbəri Aydın Gülan, İstanbul Ticarət Universitetinin Hüquq fakültəsinin dekanı Asuman Yılmaz çıxış ediblər.
BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev inzibati hüquq və inzibati proses sahəsində elmi-tədqiqatların və müzakirələrin əhəmiyyətindən, Bakı Dövlət Universitetində bu istiqamətdə mövcud elmi məktəblərdən və inkişaf perspektivlərindən bəhs edib.
Üç gün davam edəcək simpoziumda səkkiz ölkədən hüquqşünas alimlər və tədqiqatçılar doqquz sessiyada müzakirələr aparacaqlar. BDU-nun Hüquq fakültəsinin 12 əməkdaşının sessiyalarda çıxışı nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər