Bakı Dövlət Universitetində (BDU) Müqayisəli hüquq araşdırmaları Mərkəzi yaradılacaq. Mərkəzin yaradılması Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti ilə ikili diplom proqramları sistemində mövcud əlaqələrinin genişləndirilməsi məqsədini daşıyır. Birgə fəaliyyətin innovativliyini nəzərdə tutan Mərkəz, BDU ilə Almaniyanın nüfuzlu hüquq məktəbləri arasında əlaqələrinin və ikili diplom proqramlarının miqyasını genişləndirəcək, birgə doktorant, magistr hazırlığını daha da gücləndirərək, elmi mübadiləni inkişaf etdirəcək. Həmçinin Mərkəzdə magistr və doktorantların tədqiqat imkanlarının böyüdülməsi, tədqiqat fəaliyyətlərinin təkmilləşdirilməsi kimi məsələlərin reallaşdırılması da nəzərdə tutulub.
Müqayisəli hüquq araşdırmaları Mərkəzinin yaradılması ilə bağlı təklifi Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti verib. Mərkəzin müvafiq kitab və avadanlıqlarla təchizi və digər texniki təminatı Halle-Vittenberq Universiteti tərəfindən həyata keçiriləcək.
Tehsil-press.az