BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə beynəlxalq simpozium keçiriləcək

BDU-nun Hüquq fakültəsinin təşkilatçılığı ilə beynəlxalq simpozium keçiriləcək Bakı Dövlət Universiteti (BDU) və İstanbul Universitetinin Hüquq fakültələri, İnzibati Hüquq və Elmi Araşdırma-Tətbiq Mərkəzi, Buxara Dövlət Universiteti, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Əl-Farabi Qazaxıstan Milli Universiteti, H.Dosmuhammedov adına Atırau Universiteti və Beynəlxalq Vizyon Universitetinin birgə təşkilatçılığı ilə İstanbul Ticarət Universitetində 24-26 may tarixlərində “Beynəlxalq inzibati hüquq və inzibati məhkəmə simpoziumu -2021” keçiriləcək.
Simpoziumun əsas mövzusu “İnzibati hüquq və inzibati məhkəmədə yeni inkişaflar”dır. Simpoziumda inzibati hüquq və inzibati məhkəmə sahəsində böyük təcrübəyə malik akademik fəaliyyət göstərən tədqiqatçılar və bu sahədə çalışan mütəxəssislər iştirak edə bilərlər. Simpoziumun işçi dili türk dilidir. Eyni zamanda, ingilis, rus, qazax, özbək və Azərbaycan dillərində məruzələr qəbul edilir.
Simpoziumda iştirak etmək istəyənlər isalaj2021.istanbulticaret.edu.tr səhifəsində yer almış müraciət formasını doldurmalıdırlar.
Müraciət formasına məqalənin adı, metodologiyası, əsas fikir və nəticələrin xülasəsi (maksimum 500 söz) və altı açar söz (key words), iştirakçının adı, statusu və əlaqə məlumatları daxil edilməlidir.
Tezisləri aprelin 20-dək göndərmək olar. Qəbul edilmiş tezislər aprelin 30-da elan olunacaq. Tam mətnin təqdim edilməsi üçün son tarix mayın 15-dir.
Simpoziumun proqramı mayın 17-də açıqlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər